Mayın 26-da Muzey Mərkəzində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədən gətirilmiş şəxsi əşyalarının təqdimatı və sərgisi keçiriləcək. Muzey Mərkəzinin saytında yer alan xəbərə görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun təşkilatçılığı ilə reallaşacaq.