Aprelin 27-də “Art Villa” qalereyasında gənc rəssam Murad Əkbərlinin “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının və Azərbaycan Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəssamın müxtəlif mövzulu əsərləri nümayiş olunacaq.