Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Mədəniyyət mərkəzi MKS, 8 saylı Novxanı kənd kitabxana filialı və kənd Diyarşünaslıq klubu ilə birgə tədbir keçirilib.
   Tədbirdə şairlər Nafiz Rüstəm, Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Rəna Mərzili, Məlahət Yusifqızı, Sabir Zamanlı, Esmira Məmmədli, Balayar Sadiq, Məlahət Fərəcova və digərləri çıxış edərək şeirlərini oxuyublar. Gənc müğənnilər Zaur Yusifli və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, “Xəzər ulduzları” rəqs ansamblının üzvlərinin ifasında milli rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   Abşeron rayon Mədəniyyət mərkəzinin direktoru Nurlan Məmmədli və MKS-nin direktoru Məlahət Abdullayeva belə tədbirlərin müntəzəm təşkil ediləcəyini bildiriblər.