Aprelin 27-də S.Vurğunun ev-mueyi və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Səməd Vurğun və türk xalqları ədəbiyyatı" mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açıb.
   İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi, şöbənin baş elmi işçisi Yaşar Qasımbəyli, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Aslan Salmansoy və başqaları çıxış ediblər.
   Tədbirdə Xalq yazıçısı Yusif Səmədoğlunun türk dilində nəşr olunmuş "Kırım günü" (çevirəni Yurtseven Şen) kitabının təqdimatı da keçirilib. Kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə “Zengin Yayıncılık” nəşriyyatı arasında bağlanan müqavilə əsasında çap olunub.