Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 6 nömrəli məktəb-liseyin “İB” proqramı üzrə təhsil alan şagirdləri ilə birgə yeni tamaşanın məşqlərinə başlayıb.
   1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə hazırlanan səhnə əsəri Xalq artisti Ağaxan Salmanlının quruluşunda təqdim olunacaq. Rolları teatrın aktyorları ilə yanaşı, məktəbin şagirdləri Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi və başqaları ifa edəcək. 
   Premyera iyunun 1-də Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq.