Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda İnşaat fakültəsinin tələbələri Elvin Tahirov, Aygün İsmayıl, Toğrul Səbzəliyev və fakültənin məzunu Şəfiqə Cavadzadənin əl işlərindən ibarət sərgi açılıb.
   Fakültənin dekanı Hikmət Məmmədov yaradıcı gənclərin üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd edib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
   Sərgidə taxtadan hazırlanmış güldan, badə, daxıl, tar nümunələri, taxta üzərində işlənən şəbəkə işləri, mənzərə, portretlər, dizayn və memarlıq layihələri təsvir olunan rəsmlər yer alıb. Sərgi mayın 2-dək davam edəcək.