Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyində Bartaz kənd uşaq musiqi məktəbinin direktoru Çərkəz Nəsirlinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. 
   Regional idarənin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov, yazıçı Əli Azəri, rayon Ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov və digər çıxış edənlər Ç.Nəsirlinin pedaqoji fəaliyyəti və yaradıcılığından söz açıblar. 
   Tədbirdə yazarın "Köç gedəndən sonra" kitabı təqdim olunub. Qeyd edilib ki, o, “Musiqi ilə döyünən ürəklər”, “Zəngilanda musiqi ocaqları” kitablarının da müəllifidir. 
   Regional idarənin məsləhətçisi Eldar Hüseynov yubilyara fəxri fərman təqdim edib. Rayon mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri ifaları ilə yubilyarı təbrik ediblər.