İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən "Azərbaycan evi"ndə Kataloniya vilayətinin ən əhəmiyyətli bayramlarından Sant Jordi günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə şəhər sakinlərinə Azərbaycan ədəbiyyatının ispan dilinə tərcümə edilmiş nümunələri olan 200 kitab və gül hədiyyə edilib. Sant Jordi günü Kataloniyada kitab və gül bayramıdır. Bu gündə adətən qızlar oğlanlara kitab, oğlanlar isə qızlara gül hədiyyə edirlər.