Mayın 6-da Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Birincilərin zamanı” bədii filminin təqdimatı olacaq. Rusiyanın “Bazalevs” kino şirkəti və “Üçüncü Roma” studiyasının macəra janrında çəkdiyi film 1965-ci ildə ilk dəfə insanın kosmik gəmidən açıq kosmosa çıxmasından bəhs edir. 
   Filmin ssenari müəllifləri Yuri Korotkov, Sergey Kalujanov, rejissoru Dmitri Kiselyov, operatoru Vladimir Başta, rəssamı Anqelina Terexova, prodüserləri Timur Bikmambetov və Yevgeni Mironovdur. Rollarda Yevgeni Mironov, Konstantin Xabenski, Vladimir İlyin, Anatoli Kotenev, Aleksandra Ursulyak, Yelena Panova və başqaları çəkilib.