Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərində şəhərimizə gələn qonaqlara göstərilən xidmət səviyyəsinin və turist məmnunluğunun artırılması, eləcə də kiçik və orta sahibkarlığa dəstək məqsədilə monitorinq və təlim proqramı həyata keçirir.
   Turizm Təbliğat Bürosundan verilən məlumata görə, xidmətlər ödənişsiz əsasla göstərilir və nəticələr yalnız iaşə obyektlərinin sahibləri və menecerlərinə təqdim olunur.
   Layihədə iştirak etmək üçün iaşə obyekti kiçik və orta biznes kateqoriyasına aid olmalı (1), turistləri cəlb etmək potensialına malik olmalı (2), habelə iaşə obyektlərinin sahibləri yenilikləri dəstəkləməli və xidmət səviyyəsinin artırılması arzusunda olmalıdır (3). 
   İştirak ərizəsini doldurmaq üçün linkindən istifadə etmək, eləcə də məlumatları azturizm.buro@gmail.com ünvanına göndərmək olar. Layihəyə qoşulmaq istəyənlər mayın 10-dək müraciət edə bilərlər.