“İslam həmrəyliyi ili” münasibətilə sərgi
   
   Lerik Dövlət Rəsm Qalereyasında “İslam həmrəyliyi ili” münasibətilə yerli sənətkar, miniatür xalçaçı və dekorativ-tətbiqi sənət ustası İlqamət Hadiyevin əl işlərindən ibarət sərgi təşkil olunub.
   Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubovun bildirdiyinə görə, sənətkar 25 ölkənin dövlət bayrağının miniatür xalçalarını toxuyub və onları dekorativ çərçivələrlə bəzəyib. Eyni zamanda Azərbaycanın milli musiqi alətləri olan tar, kaman və qavalı ustalıqla, miniatür şəkildə düzəldərək sərgiyə təqdim edib. Xalq sənətkarının əl işləri üç gün qalereyada nümayiş olunub və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.