Qax rayonu Zəyəm kənd Mədəniyyət evində 29 aprel - Beynəlxalq rəqs günü münasibətilə “Rəqs gözəllik və sağlamlıqdır" mövzusunda gecə keçirilib. Mədəniyyət evinin direktoru F.Ramazanov Beynəlxalq rəqs gününün tarixindən danışıb, milli rəqs sənətimizdən söz açıb. Mədəniyyət evinin rəqs dərnəyinin üzvləri milli rəqsləri ifa ediblər. Tədbir “Yallı” rəqsi ilə başa çatıb.
   * * *
   Zaqatala Dağlı kənd folklor evində Folklor evi və kənd kitabxanası ilə birgə Beynəlxalq rəqs gününə həsr olunmuş "Rəqs gözəllikdir, sağlamlıqdır" mövzusunda tədbir təşkil olunub. Folklor evinin rəqs dərnəyi üzvlərinin ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri tamaşaçıların zövqünü oxşayıb.