Neftçala rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi Muğan liseyinin X sinfində milli bəstəkarlıq sənətimizin banisi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 80 illiyi ilə əlaqədar “Koroğlu operası - qəhrəmanlıq rəmzi” adlı informasiya günü keçirib. 
   Kitabxananın əməkdaşı G.Əzizova dahi bəstəkarın yaradıcılıq irsindən söz açıb, “Koroğlu” operasının milli musiqi və bəstəkarlıq sənətimizdə yeni bir səhifə olduğunu vurğulayıb. Bildirilib ki, Ü.Hacıbəyli Azərbaycan xalqının mədəniyyətində, milli oyanışında silinməz iz qoymuş şəxsiyyətdir. 
   Sonda mövzu ilə əlaqədar kitab sərgisinə baxış keçirilib.