Bakı Şopinq Festivalı cəlbedici brendə çevrilə bilər. Bu sözləri Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Bakı Şopinq Festivalının saytına açıqlamasında deyib.
   Onun sözlərinə görə, turizm və şopinq bir-biri ilə sıx əlaqəli sahələr olduğundan festival turistlərin də diqqətini cəlb edir.
   T.Rifai bildirib ki, foruma gəlməzdən əvvəl Bakıda Şopinq festivalının keçirilməsi barədə eşitdiyi üçün həyat yoldaşını da özü ilə gətirib. O deyib: “Mən işlə məşğul oluram, həyat yoldaşım isə şopinqlə. Fürsət tapan kimi özüm də Bakını gəzməyə, festivalın güzəştli təkliflərindən də istifadə etməyə çalışacağam”.