Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc sinemaçılar klubu” təsis edilib.
   “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, klubun üzvləri Azərbaycanda və xaricdə profil üzrə təhsil almış iddialı gənc kinematoqrafçılardır.
   “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov klub üzvləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.