Britaniyanın ən varlı musiqiçilərinin adları açıqlanıb
   
   "The Sunday Times" qəzeti Böyük Britaniyanın 2017-ci il üçün ən varlı musiqiçilərinin adını açıqlayıb. 
   Birinci pillədə Pol Makkartni və həyat yoldaşı Nensi Şevell yer alıblar. Onların ümumi sərvəti 780 milyon funt-sterlinq həcmində qiymətləndirilir. Son 12 ay ərzində cütlük 20 milyon funt-sterlinq gəlir əldə edib.
   Siyahıda ikinci yeri 740 milyon funt-sterlinq sərvəti olan musiqiçi Endryü Lloyd Uebber tutur. Onun son bir ildə gəliri 25 milyon funt-sterlinq olub.
   Üçüncü pillədə "U2" qrupu yer alıb. Qrupun sərvəti 548 milyon funt-sterlinq təşkil edir. Dördüncü yerdə Elton Con (290 milyon), beşinci pillədə Mik Djaqqer (250 milyon), altıncı sırada Kit Riçards (235 milyon funt-sterlinq) qərarlaşıb.
   Sonrakı yerləri Corc Harrisonun oğlu Dani və dul arvadı Oliviya (210 milyon funt-sterlinq), habelə 200 milyon fun-sterlinq sərvətləri olan Maykl Fletli və Rinqo Starr bölüşdürüblər. Onluğu cəmisi 185 milyon funt-sterlinq sərvəti olan Stinq qapayır.
   Adel isə Britaniyanın 30 yaşından cavan ən varlı musiqiçisidir. 125 milyon funt-sterlinq sərvəti olan müğənni ümumi siyahıda 19-cu pilləni “Queen” qrupunun ifaçısı Brayn Mey ilə paylaşıb. 
   
   İlona