Vaqifin 300 illiyinə həsr olunmuş aşıq konserti
   
   Mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən-könülə yollar görünür” adlı tədbir keçiriləcək.
   Tədbirdə respublikamızın tanınmış aşıqları şairin şeirlərinə yazılmış musiqiləri ifa edəcəklər.
   Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib. Şairin yubileyi Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq ölkəmizin hər yerində təntənə ilə qeyd edilməkdədir.