Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Elmira Hacıyeva mayın 3-dən 6-dək İsveçrənin Lüsern şəhərində keçirilən Lüsern Dünya Turizm Forumunda iştirak edib.
   Səyahət, turizm və qonaqpərvərlik sahələrində liderlərin görüşdüyü platforma rolunu oynayan forum çərçivəsində “Gənc istedadlar” adlı tədbir keçirilib. Tədbirdə ATMU-da ikili diplom layihəsi üzrə təhsil alan 3-cü kurs tələbəsi Tamilla Nağıyeva turizmdə davamlı inkişaf naminə elektron biletlərin tətbiq edilməsinin vacibliyini əks etdirən mühazirə ilə çıxış edib.