Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin "İpək yolu" kamera orkestri və "Alov" rəqs kollektivi Şamaxı, Qəbələ və İsmayıllı incəsənət təhsili məktəbləri ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçiriblər.
   Konsert proqramından öncə musiqişünas Leyla Həsənova ümummilli liderin mədəniyyətə, incəsənətə diqqət və qayğısından söz açıb. Konsert zamanı ulu öndərlə bağlı videoçarx, fotoslayd göstərilib.
   Şagirdlər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Proqrama "Alov" rəqs qrupu (rəhbər Emil Pənahov) ilə bərabər Şamaxı, İsmayıllı və Qəbələ incəsənət məktəbləri şagirdlərinin ifasında rəqs nömrələri ilə yekun vurulub.