Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
   Xızı rayon mədəniyyət işçiləri rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
   Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbində konsert proqramı təşkil olunub. Müəllim və şagird kollektivinin ifasında mahnılar, instrumental musiqilər səslənib.
   Zəngilan rayon mədəniyyət işçiləri Abşeron rayon Masazır qəsəbəsində təşkil olunan iməciliyə qatılıblar. Sonra mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri ümummilli liderə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində keçirilən tədbirdə oxucuların ifasında ulu öndərə həsr olunmuş şeirlər dinlənilib. Uşaq şöbəsi tərəfindən daha bir tədbir 5 saylı məktəbdə təşkil edilib. 
   Sumqayıt şəhər Gənclər kitabxanasında Qızıl Aypara Cəmiyyəti, Texniki Kollec və 12 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qəbələ Dövlət Rəsm Qalereyası ümummilli liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Heydər Əliyev parkında gənc rəssamların rəsm əsərlərindən ibarət sərgi təşkil edib.
   Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbi isə Heydər Əliyev İrsini Araşdırma Mərkəzində ulu öndərə həsr olunmuş tədbir keçirilib. Tədbir konsert proqramı ilə davam edib. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Samux rayonundakı Heydər Əliyev Mərkəzində “Məşəl kimi yanan ömür” adlı tədbir keçirilib. Tədbirə qatılanlar əl işləri sərgisinə baxıblar. Samux şəhər 2 nömrəli orta məktəb şagirdlərinin təqdimatında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub.