“TurSat” analitik agentliyi Rusiyada mayın ilk ongünlüyündə istirahət və bayram günlərində turistlər arasında ən populyar istiqamətlərin siyahısını açıqlayıb.
   Rusiyalılar arasında səyahət üçün ən populyar olan ilk beş xarici şəhər sırasına Praqa, Berlin, Budapeşt, Tallinn və Bakı daxil olub.
   Reytinq hotellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib edilib.
   “TurSat” agentliyinin məlumatına görə, may ayının bayram günlərində Bakıya gələn turistlərin gündəlik büdcəsi orta hesabla 85 dollar təşkil edir.
   Rusiyalı turistləri Azərbaycanın qonaqpərvərliyi, zəngin mədəniyyəti, mətbəxi, Bakıda şopinq imkanları və günəşli hava şəraiti cəlb edir.