Mayın 14-də Londonda Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası (The British Academy of Film and Television Arts - “BAFTA”) 2017-ci il mükafatlarını sahiblərinə təqdim edib.
   Britaniya Kraliçası II Yelizavetaya həsr olunmuş “Tac” serialı beş nominasiya üzrə mükafata iddialı olmasına baxmayaraq, heç bir nominasiyada qalib gəlməyib. 
   “BBC” tərəfindən çəkilən “Xoşbəxt vadi” teleserialı “Ən yaxşı aktrisa” və "Ən yaxşı dramatik serial" nominasiyalarında qalib olub.
   “Ən yaxşı aktyor” nominasiyasında mükafata “Atası tərəfindən öldürülən" serialında baş rolu ifa edən Adil Axtar layiq görülüb.
   Beynəlxalq nominasiyada qalib adını «Amerikanın cinayət tarixi: xalq O. Djey. Simpsona qarşı» serialı qazanıb.
   
   İlona