Mayın 19-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın (1917-2003) xatirə tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunda xidmətlərindən danışılacaq, yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.
   Mərasim Branislav Nuşiçin “Nazirin xanımı” əsərinin tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Dram Teatrının səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi “Nazirin xanımı” tamaşasında Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.