Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Əliağa Quliyevin (1917-1998) 100 illik yubileyi qeyd olunacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, tarzənin tələbələri, onunla birgə çalışan ifaçılar və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səslənəcək.
   Əliağa Quliyev ötən əsrin 50-70-ci illərində Azərbaycan Radiosunda, Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansambllarının rəhbəri olub. Daha sonra Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı işləyib.
   Tarzənin ifasında "Rast", "Mahur-hindi", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımız teleradionun “qızıl fondu”na daxil edilib. 
   
   Lalə Azəri