Mayın 18-də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
   İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində keçirilən tədbirdə şöbə müdiri Rəna Süleymanova mövzu ilə bağlı çıxış edib. İşğal nəticəsində Laçında yüzlərlə tarixi-mədəniyyət abidəsinin də məhv edildiyi diqqətə çatdırılıb. Uşaqlar vətənpərvərlik mövzusunda şeirlər söyləyib.
   Ağsu rayon Mərkəzi kitabxanasında keçirilən tədbiri rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov açaraq Laçın rayonunun işğalından danışıb. Sonda “Laçın dəhlizi” filmi nümayiş olunub.
   Qobustan rayon Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində də Laçının işğalına həsr olunmuş tədbir keçirilib.