Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti aprelin 19-dan 30-dək Gürcüstan, Şimali Osetiya və Çeçenistan Gənc Tamaşaçılar teatrlarının səhnəsində Pərvinin “Dəcəl keçi” tamaşası ilə qastrol səfərində olub.
   Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı da mayın 19-dan 22-dək Bakıda - həmkar teatrın qonağı olacaq. Kollektiv L.Titova və A.Starotorjskinin “Kral inəyi” tamaşası ilə məktəbliləri və şəhərimizin qonaqlarını sevindirəcəklər.
   Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
   Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.