Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi kitabxanasında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib.
   MKS-nin direktor müavini Münəvvər Süleymanlı, Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, şəhər 1 saylı kitabxana filialının müdiri Solmaz Nağıyeva və başqaları Vaqifin həyat və yaradıcılığı haqqında danışıblar.
   Qazax Sosial-İqtisad Kollecinin 1-ci kurs tələbələri Səməd Vurğunun “Vaqif” dramından parça təqdim ediblər.