Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan şəhid F.Qasımov adına Uşaq incəsənət məktəbinin kollektivi idarənin Bərdə nümayəndəliyinin qonağı olub. Öncə şagirdlərin çəkdikləri rəsmlərə baxış keçirilib. Sonra məktəbin hazırladığı konsert proqramı təqdim olunub. 
   Tədbirdə regional idarənin rəisi İlyas Hacıyev çıxış edərək mədəniyyət müəssisələri arasında əlaqələrin əhəmiyyətindən danışıb, incəsənət məktəbinin kollektivinə uğurlar arzulayıb. Konsertdə mahnı və rəqslər, aşıq havaları, muğam parçaları iştirakçılara xoş anlar yaşadıb.