İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində konsert olacaq. Konsertdə pianoçu, caz ifaçısı Elçin Şirinov, Linley Marte (Fransa) və Stefan Qalland (Belçika) çıxış edəcəklər. Konsert Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransız İnstitutu və “Premier LTD” agentliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.