Rusiyanın Perm şəhərində keçirilən Dyaqilev festivalı çərçivəsində P.Çaykovski adına Opera və Balet Teatrında “Rezonans” mükafatının təqdimetmə mərasimi olub. Azərbaycanlı pianoçu Riad Məmmədov tədbirdə müasir bəstəkarların əsərlərini səsləndirib. Festivalın bədii rəhbəri Teodor Kurentzisdir.