Azərbaycan Milli Konservatoriyasında İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin dəstəyi ilə konsert keçirilib. 
   Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi həm Azərbaycanın, həm də İran mədəniyyətinin, incəsənətinin, musiqisinin dünyada xüsusi yeri olduğunu diqqətə çatdırıb.
   Konsertdə İranın Buşəhr əyalətinin “Şalu” folklor qrupu maraqlı proqramla çıxış edib. Qrupun üzvləri ifa etdikləri musiqi alətləri və Buşəhr musiqisi haqqında iştirakçılara ətraflı məlumat veriblər.
   Musiqi qrupuna və Mədəniyyət mərkəzinə təşəkkür edən Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi İran musiqisinin dünyada çox sevildiyini bildirərək konsertdən böyük zövq aldığını söyləyib.