ADPU magistrantının fərdi yaradıcılıq sərgisi
   
   Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrantı, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü Aygün İsmayıllının ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən fərdi yaradıcılıq sərgisi keçirilib.
   Universitetin rektoru, professor Cəfər Cəfərov ölkəmizdə həm təhsildə, həm də yaradıcılıq sahəsində fərqlənən istedadlı tələbələrin olmasını fərəh doğuran hal kimi dəyərləndirib.
   ARİ-nin katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərgidə nümayiş olunan əsərləri yüksək dəyərləndirib, müəllifə uğurlar arzulayıblar.
   Sonda gənc rəssam fərdi yaradıcılıq sərgisinin keçirilməsinə görə universitetin rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkür edib.