Mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəman Şahlar Şükürovun anadan olmasının 65-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir muzey və Bakıdakı 39 nömrəli məktəb tərəfindən təşkil olunub. Məktəbin direktor müavini Könül Rəhimova və digər çıxış edənlər Milli Qəhrəmanın həyatı, keçdiyi şərəfli döyüş yolundan danışıblar.
   Ş.Şükürovun ailəsi tərəfindən qəhrəmana məxsus “Qızıl ulduz” medalı muzeyə hədiyyə olunub. Məktəblilər Vətən, torpaq, qəhrəmanlıq haqqında şeirlər söyləyiblər.