Regionlarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi kitab bayramları davam edir. 
   Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi kitabxanasının təşkil etdiyi tədbirdə kitab sərgilərinə baxış keçirilib. Kitabxanaya yeni oxucular üzv yazılıb.
   Tədbirdə regional idarənin rəisi M.Zeynalova, rayon İcra Hakimiyyəti başçısının müavini V.Heydərova iştirak edib. “İstedadlı oxucu” müsabiqəsinin qalibləri təltif olunub. Musiqi nömrələri və şeirlər tədbirə xoş əhval qatıb.
   * * *
   Xaçmaz şəhərinin Fəvvarələr bağında keçirilən “Kitab bayramı”nda 3 min nüsxədən çox ayrı-ayrı sahələri əks etdirən kitablar sərgilənib. Tədbirə təhsil müəssisələrinin, eləcə də idarə və müəssisələrin kollektivləri qatılıb. Bədii qiraətçilərin ifasında səslənən şeirlər, rəngarəng musiqi nömrələri və səhnəciklər iştirakçıların xüsusi marağına səbəb olub.