AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi mayın 19-da Kürdəmir rayon Atakişili kənd orta məktəbində görkəmli şair Musa Yaqubun 80 illik yubileyi münasibətilə tədbir keçirib. 
   Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı şairin təbiətə, yurda, ulusa olan sevgisindən, vətəndaş duyğularından, yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətdən söz açıb. 
   Məclisin musiqili qonaqları - Əməkdar artist, xanəndə Elnarə Abdullayeva, Əməkdar mədəniyyət işçisi, aşıq Əhliman Şirvanlı, muğam müsabiqəsi laureatı Nigar Şabanova, aşıq Elman İsmayıllı, müğənni Arzu Qarabağlı, Milli Konservatoriyanın müəllimi, tarzən Mehman Mikayılov öz ifaları ilə iştirakçılara xoş duyğular bəxş ediblər.
   Kürdəmir rayon Mərkəzi kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov və məktəblilər şairin şeirlərini söyləyiblər. Tədbirin sonunda M.Yaqub təşkilatçılara minnətdarlığını bildirib.
   
   S.Qaliboğlu