Mayın 24-də slavyan dünyası Slavyan yazısı və mədəniyyəti gününü qeyd edir.
   Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin rus dilçiliyi kafedrası bu günə həsr edilmiş seminar keçirib.
   Kafedra müdiri, professor Lalə Quliyeva diqqətə çatdırıb ki, bu bayram kiril əlifbasını yaratmış Kiril və Mefodi qardaşlarının adı ilə bağlıdır və onların sayəsində bütün slavyan xalqı məhz bu yazını əldə edib.
   Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova Kiril və Mefodinin xidmətlərindən bəhs edib. Bildirib ki, hələ IX əsrdə onlar kilsə tərəfindən müqəddəslər sırasına daxil ediliblər. Qardaşlar yaratdıqları əlifba ilə bərabər, dini kitabları yunan dilindən qədim slavyan dilinə tərcümə edib, slavyanlara yazı öyrədiblər.
   Seminarda Filologiya fakültəsinin tələbələri mövzuya dair məruzələrlə çıxış ediblər.