Mayın 28-də görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur. 
   Bu münasibətlə mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xatirə gecəsi keçiriləcək. Gecədə sənətkarın ömür yolundan, fəaliyyətindən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.
   Sənət fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayan Habil Əliyev 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizin zənginləşməsinə xidmət edib.