Mayın 30-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbir keçiriləcək.
   “Uşaqları müdafiə edək” adlı tədbir muzeyin və Bakı şəhər 30 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşacaq. Tədbirdə ədəbi-bədii kompozisiyalar təqdim ediləcək, uşaqların ifasında mahnı və şeirlər səsləndiriləcək.