Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakı şəhəri Rafiq Babayev adına 25 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin və “Rafig's Jazz Group”un iştirakı ilə “Retro caz” adlı konsert keçirilib.
   Konsertdə musiqi məktəbinin şagirdləri Rafiq Babayevin “2 prelüd”, Vaqif Mustafazadənin “Mart”, Milan Dvorjakın “Etüd № 2”, Daniil Kramerin “Petersona ithaf”, Hans Lanqın “It’s oh so quiet”, Henri Mançininin “Moon river” və digər retro caz nümunələri ifa ediblər.
   İfaçıları musiqi sənəti fakültəsinin instrumental ifaçılıq ixtisasında təhsil alan Aytən Cəbrayılova və “Rafig’s Jazz Group”u müşayiət edib.