Mayın 25-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şərqi Avropada gəzinti” adlı konsert proqramı təşkil edilib. BMA-dan bildirilib ki, ali təhsil ocağının tələbə və müəllim heyətinin iştirakı ilə baş tutan konsertdə Şərqi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Bir-birindən parlaq klassik əsərlərə müraciət olunan konsert proqramı maraqla qarşılanıb.