Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Ukrayna paytaxtında səfərdədir. O, Avropa İttifaqının mədəniyyət üzrə “Creativ Europe” proqramında iştirak etmək üçün dəvət alıb. 
   25-26 may tarixində gerçəkləşən layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Səfər zamanı Yuğ Teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.