Zaqatala rayonunun Yuxarı Tala kənd Mədəniyyət evində 15 may - Beynəlxalq ailə günü münasibətilə tədbir keçirilib. Tədbirə 65 il birgə ömür sürmüş kənd sakinləri Həbil Əsgərov və həyat yoldaşı Asya xanım dəvət edilib. Həyatın enişli-yoxuşlu yollarını keçmiş, zəhmətkeş, çoxuşaqlı ailə başçılarının duzlu-məzəli söhbətləri, öyüd-nəsihətləri böyük maraqla dinlənilib.
   Yuxarı Tala kənd Mədəniyyət evinin müdiri Xacay İbrahimova, kənd ərazi icra nümayəndəsinin müavini Sevda Osmanova və digər sakinlər çıxış ediblər. Ailə bayramı Tərlan Məmmədovun ifasında tambur sədaları altında çay süfrəsi arxasında davam edib.