Bu il Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olub. Bu münasibətlə mayın 24-də Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Müasir İncəsənət Muzeyində “Macarıstanın və Azərbaycanın gözəlliyi” adlı fotosərgi açılıb.
   Macarıstan səfiri İmre Laslotski tədbiri açaraq bildirib ki, iki ölkəni çoxillik dostluq əlaqələri bağlayır: “Ölkələrimizin xalqları 25 il ərzində bir-birini yaxından tanıyıblar. Azərbaycan ilə Macarıstan bir çox məsələlər üzrə bir-birini dəstəkləyir, əlaqələrimiz ildən-ilə möhkəmlənir və genişlənir. Bugünkü fotosərginin məqsədi iki ölkənin mənzərəli guşələrini nümayiş etdirməkdir”.
   Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Ekspozisiyada Bakı və Budapeştin, habelə iki ölkənin digər şəhərlərinin abidələri və görməli yerlərinin fotoşəkilləri təqdim edilib.