Mayın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Ağaveyis Şirvaninin anadan olmasının 75 illiyi qeyd edilib.
   AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev şairə yaradıcılıq uğurları arzulayıb, qurumun rəhbərliyi adından fəxri fərman təqdim edib. Yazıçı-dramaturq Elçin Hüseynbəyli, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, şairlər Əlirza Xələfli, Musa Ələkbərli, Əli Aslanoğlu, Fərqanə Mehdiyeva və başqaları yubilyarın həyat və yaradıcılığından söz açıblar.
   Tədbirdə şairin yeni nəşr olunmuş “Sağalan deyil” kitabının təqdimatı keçirilib.
   Sonda Ağaveyis Şirvani tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.