Mayın 29-da Heydər Əliyev Sarayında “Pillə” adlı bayram konserti keçiriləcək. 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş konsert Heydər Əliyev Sarayı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konsertdə idarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə hazırlanan möhtəşəm proqram təqdim ediləcək.