İyunun 17-də Heydər Əliyev Sarayında görkəmli müğənnilər, xalq artistləri Fidan və Xuraman Qasımovaların konserti keçiriləcək. Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Fidan Qasımovanın 70 illik yubileyinə həsr olunan gecədə Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Konsertdə opera müğənniləri yaradıcılıqlarında yer alan köhnə əsərlərlə yanaşı, yenilərini də ifa edəcəklər. 
   Tədbirdə, həmçinin Fidan və Xuraman Qasımovalara həsr olunmuş “İki inci, iki canlı tarix” sənədli filminin təqdimatı keçiriləcək.