Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana-klubda “Qəhrəman günü” keçirilib. Tədbir 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Şülan Bayramova həsr olunub. Tədbirə şəhidin doğmaları, müəllimləri də qatılıb. 
   Kitabxanaçı Səadət Allahverdiyevanın aparıcılıq etdiyi tədbirdə şəhidin qısa ömür yolu haqqında məlumat verilib. Şairlər Əşrəf Veysəlli, Namiq Dəlidağlı, Məmməd Namaz çıxış edərək 2016-cı il aprel döyüşlərinin Azərbaycanın döyüş salnaməsində tarixi əhəmiyyətindən danışıblar. Şəhidin müəllimləri Əlövsət Cavadov, Zakir Zahir çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüblər.
   Bülbül adına Uşaq incəsənət məktəbi müəllimlərindən ibarət muğam üçlüyünün ifası dinlənilib. Oxucular vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.