Rusiyada və digər MDB ölkələrində turizm və səyahətlər bazarının monitorinqi ilə məşğul olan TurStat elektron portalı turistlər arasında ən populyar kurortları müəyyən edib. 
   MDB ölkələrindən turistlərin üstünlük verdiyi sağlamlaşdırıcı və balneoloji turizm məkanlarının siyahısına Naftalan kurort-şəhəri başçılıq edir. Sonrakı yerləri Sarıaqaş (Qazaxıstan), Kabuleti (Acariya), Naroç (Belarus) və digərləri bölüşürlər. 
   Bu reytinqi hotellərin onlayn bronlaşdırılması sisteminin məlumat bazası əsasında müəyyən edən TurStat bildirir ki, MDB kurortlarında sağlamlığın bərpasına qidalanma və müalicə prosedurları daxil olmaqla sutkada orta hesabla 42 ABŞ dolları (Rusiya rublu ilə müqayisəli məzənnə) xərcləmək lazımdır. Bu kurortları seçənlər adətən 14 günlük müalicə kursuna üstünlük verirlər. 
   Sonra portal Naftalan kurortunun özəllikləri barədə məlumat verərək yazır ki, hər il buraya gələn 10 min nəfərdən artıq turistin təxminən yarısı Rusiya, Özbəkistan, Türkmənistan və Qırğızıstan vətəndaşlarıdır. Bildirilir ki, neft vannaları ilə müxtəlif xəstəliklərin müalicə edildiyi Naftalandakı “Garabag Resort & Spa”, “Naftalan Hotel Qashalti”, “Chinar Hotel & Spa Naftalan” kimi hotellər rusiyalı turistlər arasında daha populyardır. 
   
   G.Mirməmməd