Mayın 26-da Mirzə Ələkbər Sabir Fondunun media nümayəndələri ilə görüşü keçirilib. Fondun prezidenti Sevda Tahirli 2012-ci ildə yaradılan qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mirzə Ələkbər Sabirin (1862-1911) 155 illik yubileyi ilə əlaqədar Türkiyənin Mərmərə Universitetində tədbir keçirilib. İl ərzində həm ölkə daxilində - Bakı, Şamaxı və bəzi başqa şəhərlərdə, həm də bəzi xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Şairin virtual muzeyinin hazırlanması istiqamətində də işlər görülür.