Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində təşkil edilmiş "Kommunikasiya" https://www.culturepartnership.eu/az/publishing/communication-course  kurslarında iştirak edə bilər. 
   30 dəqiqə ərzində kursun beş mühazirəsini dinləməklə siz layihənizi effektiv şəkildə təbliğ etməyin yolunu öyrənəcəksiniz. Kommunikasiya məsələləri üzrə mütəxəssis Andrey Kulakov KİV-lə və digər hədəf qruplarla işləməyin qaydalarını sizinlə bölüşəcək və bu məsələ ilə bağlı faydalı məsləhətlər verəcək. Bundan əlavə, siz kommunikasiya strategiyasının əsas elementləri, o cümlədən, hədəf auditoriyanızı, müvafiq ismarışları və kanalları seçməyin qaydası barədə də məlumat ala biləcəksiniz. Qısa testin sonunda sertifikat alacaqsınız.
   "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində təşkil edilmiş digər kurslarla proqramın saytında tanış ola bilərsiniz: https://www.culturepartnership.eu/az/publishing/online-learning